Manqalda Beşpəncə Kababı

Kabab bişirməyi sevənlər fərqlilik edərək Özbək mətbəxinə aid "Beşpəncə" kababını hazırlaya bilər. Hərfi tərcümədə "beşpəncə " "beş barmaq" deməkdir. Xüsusi reseptə əsasən kabab beş şişin üzərində hazırlandığına görə belə bir ad daşıyır. Bu kababı bişirib dadmağa dəyər. Evdar.az beşpəncə kababının hazırlanma qaydasını təqdim edir. Tərkibi:
  • 1,3 kq mal əti
  • 700 qr quyruq yağı
  • 2 ədəd soğan
  • 1 çay qaşığı cirə
  • 0,5 çay qaşığı keşniş toxumu
  • 1 çimdik pul bibər
  • 1 çay qaşığı qırmızı acı bibər tozu
  • duz zövqə görə
Hazırlanma qaydası: Məhsulların sayı 3 beşpəncə üçün nəzərdə tutulmuşdur, buna görə də eyni anda 15 şiş hazırlayın. Əti (mal əti tikəsini ) təxminən 2 santimetr qalınlığında 21 zolaq (hər beşpancə üçün 7 zolaq ) kəsin. Zolaqların uzunluğu 10 ilə 20 santimetr arasında artan qaydada olmalıdır. Yəni 10 sm-lik 3 zolaq, 15 sm-lik 3 zolaq və s.olmalıdır. Elə kəsilməlidir ki, kabab açılmamış yelpənək kimi görünməlidir. Quyruq yağını da eyni qaydayla kəsin. Kəsimin ölçüsünə uyğun bir parça yoxdursa, qısa zolaqlardan düzəldin. 18 zolaq quyruq yağı olmalıdır (hər beşpəncə üçün 6 zolaq). Ət zolaqlarını yağ zolaqları ilə birgə dəzgahın üzərində ardıcıllıqla qısa zolaqlardan uzun qolaqlara qədər düzün. Şişi aşağı tərəfdən batıraraq son zolaqdan çıxmalıdır. Bu qaydayla 5 ədəd şişi batırın. Hazırladığınız kabab zolaqlı yelpənək şəklində olmalıdır. Həvəngdəstədə cirə, keşniş toxumu,pul bibər və duzu üyüdərək qarışdırın. Ədviyyat qarışığını kababın üzərinə iki tərəfli səpin və 2 saatlıq soyuducuya yerləşdirin. Manqalı yandırdıqdan sonra közə düşən ocaqda kababları yaxşıca qızardın. Kabab yanına verəcəyiniz qarniri hazırlamaq üçün soğanı kiçik halqalar şəklində doğrayın və qırmızı acı bibər tozu səpib qarışdırın. Kababın formasını itirməmək üçün süfrəyə bütöv halda verin. Masada şişlərin arasından kəsərək boşqablara paylaşa bilərsiniz. Bu dadlı şərq yeməyi ilə dostlarınızı heyrətləndirin!
Nuş Olsun!
Servings: 1 yield(s)