Məktəblilər Üçün Ən Yaxşı 3 Səhər Yeməyi

Yeni dərs ili, yeni bilik, təcrübə, dərslər, fasilə və ev tapşırığı - bütün bunlar üçün enerji lazımdır. Faydalı və sağlam səhər yeməyi uşaqların sağlamlığı üçün çox vacibdir. Bu reseptlər qayğıkeş analar və ataların nəzərinə!
Evdar.az sizinlə məktəblilər üçün səhər yeməklərinin reseptini təqdim edir:
Tərkibi:
  • 200 qram kəsmik
  • 1 ədəd yumurta
  • 50 ml qaymaq
  • 2 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı manna yarması
  • 10 qr kərə yağı,
  • bir neçə giləmeyvə
Hazırlanma qaydası: Yumurta sarısı və şəkər tozunu çırpıcı vasitəsi ilə çalın. Kəsmiyi ələkdən keçirin. Yumurta ağını ayrı bir qabda çalın. Manna yarması, qaymaq və kəsmiyi çırpılmış yumurta sarısına əlavə edin. Ayrı qabda çaldığınız yumurta ağını da əlavə edib ehtiyyatla qarışdırın. Hazırlanmış kütləni yağlanmış formaya töküb üstündən giləmeyvələri düzüb barmağınızla dərinə batırın. Üzərinə kərə yağı dilimləyib 25-30 dəqiqə qızdırılmış sobada bişirin.
Tərkibi:
  • 3dilim ağ çörək(dilimlənmiş)
  • 3 dilim pendir
  • kərə yağı
  • yarım çay qaşığı bitki yağı
Hazırlanma qaydası: Dilimlənmiş çörəyin üzərinə kərə yağı yaxıb 1 dilim pendir qoyun. Qızdırılmış tavaya bitki yağı töküb pendirli sandviçi qızardın.  
Tərkibi:
  • 100 qram pendir
  • 2 ədəd pomidor
  • 6 ədəd yumurta
  • 250 ml süd
  • şüyüd və cəfəri
  • duz
Hazırlanma qaydası: Dərin bir  tavaya və ya soba sinisinə kub şəklində doğranmış və ya rəndələnmiş pendir qoyun,üzərinə halqa doğranmış pomidor düzün. Bir qabda süd və yumurtanı çalıb, duz və doğranmış göyərti əlavə edin. Qarışığı pendir və pomidorun üzərinə töküb bişirin.(Və ya tavada,ya da öncədən qızdırlmış sobada)
Nuş Olsun!
Servings: 1 yield(s)