Pomidor Sousunda Doldurulmuş Kabak

Pomidor sousunda toyuq filesi və düyü ilə doldurulmuş kabak (kabaçok), hazırlanması asan və doyurucu bir yeməkdir. Evdar.az nahar və ya şam yeməyi üçün hazırlaya biləcəyiniz ləzzətli yeməyin reseptini təqdim edir. Tərkibi:
  • 3 ədəd kabak (kabaçok)
  • 300 qr toyuq filesi
  • 1/2 ədəd soğan
  • 2 xörək qaşığı düyü
  • 2 xörək qaşığı tomat
  • 200 ml su
  • 1 diş sarımsaq
  • ədviyyatlar zövqə görə
  • qızartmaq üçün bitki yağı
Hazırlanma qaydası: Kabakları yuyub çəllək formasında kəsin. İç hissələrini çay qaşığıyla çıxarın, 1,5 -2 sm dərinliyində stakanlar hazırlayın. Çuxuru deşməməyə diqqət edin. Kabakları duzlayıb qəlibə düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə yüngül bişirin. İçliyi hazırlamaq üçün toyuq filesini qiymə halına gətirin və ya kiçik kub formasında doğrayın. Düyünü yuyub yarım bişənə qədər qaynadın. Soğanı kiçik kub formasında doğrayın, sarımsağı isə sarımsaqəzəndən keçirin. Tavada soğan və sarımsağı az yağda qovurun. Əti də tavaya əlavə edib zövqə görə ədviyyat əlavı edib 2-3 dəqiqə qarışdıraraq bişirin. Yarım bişmiş düyünü də ətə əlavə edib qarışdırın. Sobadan götürdüyünüz kabakları hazırladığını içliklə doldurun. Tomatı bir qabda suyla qarışdırın və kabakları düzdüyünüz qəlibə tökün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 15-20 dəqiqə bişirin. Bişən ləziz yeməyi isti halda süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)