Qat-Qat Xəmirdə Almalı Güllər

Sadə məhsullarla hazırlanmış ləzzətli desert. Evdar.az qat-qat xəmirdə darçınlı, almalı güllərin hazırlanma qaydasını təqdim edir. Tərkibi:
  • 250 qr qat-qat xəmir
  • 2 ədəd alma
  • 80 qr şəkər tozu
  • 1/2 ədəd limon şirəsi
  • 50 qr kərə yağı
  • 1 çay qaşığı darçın
  • zövqə görə şəkər kirşanı
Hazırlanma qaydası: İlk öncə almaları yuyub mətbəx dəsmalıyla qurulayın. Daha sonra almaları 2 hissəyə  bölüb orta hissəsini kəsib çıxarın. Almanı qabıqlı nazik dilimləyin. Bir tavaya kərə yağı, alma dilimləri, şəkər tozu, darçın və limon suyu töküb 10 dəqiqə zəif ocaqda bişirin. Almalar bişən zaman ehtiyyatla qarışdırmaq lazımdır ki, dilimlər sınmasın. Hazır qat-qat xəmirini nazik düzbucaq şəklində yayıb 5 sm enində lent şəklində kəsin. Hər lentə yumşalmış alma dilimini bir-birinin üstünü örtərək yan-yana düzün. Lentin yarı hissəsi boş qalmalıdır. Almaları qalan boş xəmirlə bərkidin. Xəmiri gül şəkli verərək ehtiyyatla sıxaraq qatlayın. Eyni qaydayla qalan xəmirləri almalarla bükərək gül şəkli verin. Keks qəlibini yağlayıb hazırladığınız almalı güləri yerləşdirin. Bu gözəl deserti əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Sobadan çıxardığınız gülləri soyudun, üzərinə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)