Romantik Səhər Yeməyi Üçün Krujevalı Ürək Blinçiki

Xüsusi günlərinizdə sevdiyinizə romantik bir səhər yeməyi hazırlamaq istəyirsiniz? Evdar.az ürək formasında krujevalı blinçik reseptini təqdim edir.
Tərkibi:
  • 3  ədəd yumurta
  • 2 stəkan un
  • 2,5 stəkan süd
  • 1/2 çay qaşığı duz
  • 2 xörək qaşığı ərinmiş kərə yağı
bişirmək üçün bitki yağı Hazırlanma qaydası:
Bir qabın içərisində 3 ədəd yumurtanı çırpın. Üzərinə unu, südü və ərinmiş yağı əlavə edib yaxşıca çırpın. Kərə yağı blinçikin daha ləzzətli və yumşaq olması üçün əlavə edilir. Blinçik xəmiri axıcı olmalıdır. Xəmir qatı alınarsa azca su əlavə edə bilərsiniz. Tavaya 1 çay qaşığı maye yağ töküb isidin. Sıxma torbasına xəmiri töküb  krujevalı ürək şəkli verib tavada ikitərəfli bişirin.
 
Nuş Olsun!
Servings: 1 yield(s)