Səhər Yeməyi Üçün İspanaqlı, Pendirli Bulka

Özünüzü və ailənizi ispanaqlı, pendirli qeyri-adi və dadlı çörəklərlə sevindirin. Təzə bişmiş, isti, xırtıldayan qabığı ilə səhər yeməyi üçün bir fincan qəhvə ilə və axşam yeməyi üçün - şorba ilə də əladır. Evdar.az ispanaqlı və pendirli bulkanın reseptini təqdim edir.

Tərkibi: Xəmiri üçün:
  • 300 qr un
  • 5 qr quru maya
  • 5 qr duz
  • 1 çay qaşığı şəkər tozu
  • 90 ml isti su
  • 90 ml isti süd
  • 3 xörək qaşığı bitki yağı
İçlik üçün:
  • 200 qr kəsmikli pendir
  • 100 qr ispanaq
  • 100 qr mozarella pendiri
Üzəri üçün:
  • yumurta sarısı
  • süd
Hazırlanma qaydası: Bir qabda ələnmiş unun üzərinə duz və quru maya töküb qarışdırın. Üzərinə bitki yağı, isti süd və isti suyu töküb xəmir yoğurun. Yağlanmış qaba xəmiri qoyub üzərini örtün və 1-1,5 saatlıq isti yerdə saxlayan. Mayalanan xəmiri dəzgahın üzərində 40x30 sm-lik duzbucaqlı formada yayın. Yaydığınız xəmirin üzərinə kəsmikli pendiri yaxın. Daha sonra doğranmış ispanaq səpin. Mozarella pendirini də sürtgəcdən keçirib hər tərəfinə səpin. Zövqə görə duz səpə bilərsiniz. Geniş tərəfindən bükərək rulet formasında yuvarlayın. Bükdüyünüz rulet formasını 9 hissəyə bölün. Yağlanmış qəlibə hissələri çevirərək düzün. Üzərinə çəngəllə yüngül çırpılmış süd və yumurta qarışığını yaxın.  Əvvəlcədən 170-180 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Əsas odur ki, tələsməyin ki, yaxşıca yaxşıca bişsin. Üstü qızarırsa və bişdiyinə əmin deyilsinizsə, formanı folqa kağızıyla örtüb bişirmə vaxtını artırın.
Nuş Olsun!
Servings: 1 yield(s)