Səhər Yeməyi Süfrəsi Üçün Üstü Xırçıldayan, İçi Axışqan Pendirli Lokma

Səhər yeməyində eyni şeyləri yeməkdən yorulmusunuzsa yeni ləzzətlər kəşf edin! Səhər yeməyi süfrənizi zənginləşdirmək üçün bu  üstü xırçıldayan, içi axışqan pendirli lokmaları hazırlaya bilərsiniz. Evdar.az pendirli lokmanın reseptini təqdim edir.

Üstü Xırçıldayan, İçi Axışqan Pendirli Lokmanın tərkibi:

  • 3 ədəd yumurta
  • 3 xörək qaşığı qaymaqsız qatıq
  • 1 stəkan rəndələnmiş pendir
  • yarım stəkan duru yağ
  • 3-4 budaq doğranmış cəfəri və ya şüyüd
  • 1 paket qabartma tozu
  • 2 çay qaşığı duz
  • yarım çay qaşığı qırmızı bibər tozu
  • 1 çimdik istiot
  • 1 kiçik diş rəndələnmiş sarımsaq
  • 1 çay qaşığı sirkə
  • 2-2,5 stəkan un

Üstü Xırçıldayan, İçi Axışqan Pendirli Lokmanın hazırlanma qaydası:

İlk öncə bir qabda yumurtaları çırpın. Üzərinə qatıq, rəndələnmiş pendir, duru yağ, doğranmış cəfəri və ya şüyüd, qabartma tozu, duz, bibər tozu, istiot və rəndələnmiş sarımsaq əlavə edib qarışdırın. Unu da hissə-hissə əlavə edib qarışdırın.  Tavaya bol yağ töküb qızdırın. Hazırladığınız xəmirdən bir desert qaşığı götürün,  qızdırılan yağa tökün və yaxşıca qızardın. Bu qaydayla xəmir bitənə qədər lokmalar qızardın.
Nuş Olsun!
Servings: 1 yield(s)