Şəkərsiz Ballı Çizkeyk

Bu zərif çizkeyklə özünüzü və yaxınlarınızı sevindirin. Hazırlanmasına çox az vaxt sərf edəcəksiniz və nəticə möhtəşəmdir. Evdar.az şəkərsiz ballı çizkeykin reseptini təqdim edir. Tərkibi:
  • 150 qr peçenye
  • 80-90 qr kərə yağı
Çizkeyk üçün:
  • 300 qr krem pendir (Almette, Hohland)
  • 60-80 qr bal
  • 2 ədəd yumurta
  • 50 qr 33%-lik qaymaq
Hazırlanma qaydası: Alt qatını hazırlamaq üçün peçenyeni toz halına gətirin. Üzərinə əridilmiş yağ əlavə edib qarışdırın. Diametri 18 sm olan qəlibə peçenyeni yayın və soyuducuya yerləşdirin. Çizkeyki hazırlamaq üçün bir qabda krem pendiri balla qarışdırın. Üzərinə yumurtanı və qaymağı əlavə edib spatulayla yaxşıca qarışdırın. Qəlibi soyuducudan çıxarıb kənarlarını folqa kağızına bükün. Hazır kütləni qəlibə tökün. Qəlibi su dolu soba sinisinə yerləşdirin. Əvvəlcədən 150-160 dərəcə qızdırılmış sobada təxminən 1-1,5 saat bişirin.  Bişən çizkeyki sobada qapısı açıq halda 30 dəqiqə soyudun. Daha sonra otaq temperaturunda soyudun.
Qeyd:
  • Bu çizkeyki hazırladıqda heç bir məhsulu çırpmırıq. Sadəcə spatula və ya taxta qaşıqla qarışdırırıq.
  • Temperaturun aşağı düşməsinə icazə verməyin. Bişdikdən sonra söndürülmüş sobada soyudun.
  • Hazır çizkeyki bir gecə soyuducuda saxlamağınız məsləhətdir.
Nuş Olsun!
Servings: 1 yield(s)