Sobada İçi Doldurulmuş Balıq

Axşama balıq kimi yüngül zülallı yemək hazırlamaq istəyirsinizsə bu resept tam sizə görədir. Evdar.az asan hazırlanan içi doldurulmuş balıq yeməyinin reseptini təqdim edir. Tərkibi:
  • 1 kq balıq
  • bir ovuc qoz
  • limon şirəsi
  • bir ovuc üzüm qurusu
  • 1 ədəd soğan
  • zeytun yağı
  • duz
Hazırlanma qaydası: İlk öncə balığı təmizləyib içərisini çıxarın. Balığın iç və çöl hissəsini duzlayın. Qozu blenderlə xırdalayın.Üzüm qurusunun üzərinə qaynar su töküb bir dəqiqə saxlayıb süzün və xırda doğrayın. Soğanı da xırda doğrayıb yağda qızardın. Bir qabda xırdalanmış qoz, üzüm qurusu, qızardılmış soğan və limon şirəsindən içlik hazırlayın. Yaxşıca qarışdırıb içliyi balığın içərisinə doldurun. Balığı mətbəx sapıyla tikin və yağlanmış soba sinisinə yerləşdirin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 1 saata yaxın bişirin. Bişən balığı boşqaba qoyub saplarını çıxarın və limon dilimləri ilə bəzəyin.
Nuş Olsun!
Servings: 1 yield(s)