Sobada Qarabaşaqlı Toyuq Yeməyi

Sobada qarabaşaq yarması ilə bişmiş toyuq ən sadə və ləzzətli reseptdir. Evdar.az dadlı və asan hazırlanan yeməyinin reseptini təqdim edir. Tərkibi:
  • 250 qr qarabaşaq yarması
  • 6 ədəd toyuq budu
  • 150 qr soğan
  • 200 qr yerkökü
  • 100 qr bolqar bibəri
  • 2 xörək qaşığı tomat pastası
  • 2 diş sarımsaq
  • 1 çay qaşığı pul bibər
  • 1 çay qaşığı oreqano və ya başqa ədviyyat
  • zövqə görə duz, istiot
  • 1 xörək qaşığı mayonez
  • 3-4 xörək qaşığı bitki yağı
  • 500 ml su
Hazırlanma qaydası: Toyuq budlarını yuyun, kağız dəsmalla qurudun. Toyuq budlarını bir qaba qoyub, duz, istiot, sarımsaqəzəndən keçirilmiş sarımsaq, ədviyyat və mayonez əlavə edin. Yaxşıca qarışdırıb kənara qoyun. Tavada bitki yağını qızdırın və kub formasında doğranmış soğanları qızarana qədər qədər qovurun. Daha sonra doğranmış yerkökü və bolqar bibəri əlavə edib yumşalana qədər 2-3 dəqiqə qovurun. Qarabaşaq yarmasını yuyun və qaba tərəvəzlərə əlavə edin, qarışdırın və ocaqdan götürün. 25x25 sm ölçüdə qəlibə tərəvəzli qarabaşağı töküb yayın. Üzərinə marinad olunan toyuq budlarını düzün. Tomatı qaynar suda həll edin, zövqə görə duz və istiot əlavə edin. Daha sonra qəlibə tökün. Qəlibin üzərini folqa kağızıyla örtüb əvvəlcədən 190 dərəcə qızdırılmış sobada təxminən 60 dəqiqə bişirin. Süfrəyə verdikdə üzərinə doğranmış göyərti səpə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)