Sobada Qril Dadında Toyuq

Qril dadında toyuq hazırlamaq üçün qril aparatına və ya manqala ehtiyac yoxdur. Ev şəraitində sobada həm daha asan, həm də daha təmiz şəkildə toyuq qızarda bilərsiniz. Evdar.az sobada qril dadında toyuq qızartmasının reseptini təqdim edir.

Sobada Qril Dadında Toyuğun tərkibi:

  • 1 ədəd bütöv toyuq
  • 1 çay qaşığı istiot
  • 1 çay qaşığı bibər tozu
  • 1 xörək qaşığı acı sous
  • 1 xörək qaşığı xardal
  • 1 xörək qaşığı sirkə
  • 1 xörək qaşığı sarımsaq tozu
  • yarım stəkan soya sousu
  • 2 xörək qaşığı qatıq
  • duz

Sobada Qril Dadında Toyuğun hazırlanma qaydası:

İlk öncə toyuğu bir tərəfindən kəsib 15 dəqiqə suda bişirin. Bişən toyuğun suyunu süzün və üzərinə istiot, bibər tozu, acı sous, xardal, sirkə, sarımsaq tozu, soya sousu, qatıq, duz töküb yaxşıca toyuğa bulayın. 15 dəqiqə kənarda saxlayın sous toyuğa hopsun. Soba sinisinə alma dilimli kartof və göbələkləri düzün. Orta hissəsinə içi su dolu kasanı yerləşdirin. Sobanın ızgara telinin üzərinə toyuğu yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızıdırılmış sobada təxminən 50 dəqiqə bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)