Sobada Tərəvəzli Toyuq
"Bu gün nə bişirim?" deyənlər üçün ləzzətli və asan yemək. Evdar.az sobada tərəvəzli toyuq yeməyinin reseptini təqdim edir.
Sobada Tərəvəzli Toyuğun tərkibi:
- 4 ədəd toyuq budu
- 2 ədəd kartof
- 1 ədəd yerkökü
- 5 ədəd acı bibər (zövqə görə azalda bilərsiniz)
- 2 diş sarımsaq
- 3 ədəd çerri pomidor
- 1 ədəd soğan
Sobada Tərəvəzli Toyuğun hazırlanma qaydası:
İlk öncə kartofların qabığını soyub alma dilimi şəklində doğrayın. Yerkökünü də orta qalınlıqda halqalar şəklində doğrayın. Acı bibərləri də bütöv şəkildə istifadə edə bilərsiniz. Çerri pomidorları da ortadan 2 hissəyə ayırın. Doğradığınız tərəvəzləri tavada az miqdarda maye yağ və duz ilə qovurun. Yüngül qovurduğunuz tərəvəzləri soba sinisinə və odadavamlı şüşə qaba yerləşdirin. Üzərinə toyuq budlarını da düzün. 2 diş sarımsağı doğrayıb tərəvəzlərin üzərinə səpin. Kərə yağını da dilim şəklində toyuqların üstünə yerləşdirin. Yeməyə duz da vurub əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
Nuş Olsun!