Şokolad Sevənlər Üçün Oreo Peçenyeli Brauni (Brownie)

Bu dadlı desert bir neçə əla keyfiyyəti özündə birləşdirir - sadə, gözəl, dadlı və ən əsası çox şokoladlıdır. Xırtıldayan peçenye parçaları nəmli qəhvəyi kekslə yaxşı uyğunlaşır. Evdar.az şokolad sevənlərin diqqətini cəlb edən desertin reseptini təqdim edir. Tərkibi:
  • 160 qr kərə yağı
  • 3 ədəd yumurta
  • 200 qr tünd şokolad
  • 150 qr şəkər tozu
  • 1 xörək qaşığı kakao
  • 40 qr un
  • 1 çay qaşığı vanil
  • çimdik duz
  • 150 qr Oero peçenyesi
Hazırlanma qaydası: Şokoladı parçalara ayırın və kiçik bir qazana qoyun. Üzərinə doğranmış kərə yağı və vanil əlavə edin. Eynicinsli bir kütlə əldə etmək üçün qarışdıraraq zəif odda qızdırıb ocaqdan götürün. Bir qabda yumurtanın üzərinə bir çimdik duz səpib tel çırpıcıyla çırpın. Üzərinə az-az şəkər tozunu əlavə edib çırpın. Şokolad kütləsini yavaş-yavaş yumurta kütləsinə töküb qarışdırın. Ələnmiş un və kakaonu da töküb ehtiyyatla qarışdırın. Brauni xəmirinə peçenyelərin 2/3 hissəsini orta hissələrə böldükdən sonra əlavə edib qarışdırın. Xəmiri yağlı kağız sərilmiş bir qəlibə (20 x 20 sm ölçülü) tökün. Qalan peçenyeləri də üzərinə səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 20-25 dəqiqə bişirin. Bişirib soyutduqdan sonra porsionluq hissələrə bölüb süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Servings: 1 yield(s)