Şokoladlı Lava Pirojnası

Mükəmməl dadı ilə damağınızda uzun müddətli bir həzz yaşadacaq möhtəşəm desert. Evdar.az çox yumşaq və zərif şokoladlı lava pirojnasının reseptini təqdim edir. Tərkibi:
  • 4/5 stəkan un
  • 1/4 stəkan qəhvəyi şəkər tozu
  • 2 xörək qaşığı kakao
  • 1 çay qaşığı qabartma tozu
  • 1 çay qaşığı çay sodası
  • 1/4 çay qaşığı duz
  • 2 çay qaşığı ağcaqayın siropu
  • 3/4 stəkan yağsız süd
  • 2 çay qaşığı almalı sirkə
  • 1 ədəd banan püresi
  • 1/4 stəkan kokos yağı (əridilmiş)
  • 50 qr əridilmiş tünd şokolad
Şokoladlı qanaş üçün:
  • 50 qr tünd şokolad
  • 1/2 banka kokos südü
Hazırlanma qaydası: İlk öncə bananı blenderlə və ya çəngəllə əzin. Daha sonra yağ,süd, ağcaqayın siropu və alma sirkəsi əlavə edib qarışdırın. Hazır qarışığı 10 dəqiqəlik kənarda saxlayın. Başqa bir qabda ələnmiş unun üzərinə şəkər tozu,duz, qabartma tozu, soda və kakao töküb qarşdırın. Kənarda saxladığınız maye qarışığı quru qarışığa əlavə edib qarışdırın. Üzərinə əridilmiş şokoladı da əlavə edib yaxşıca qarışdırın. Qaşıq köməyiylə və ya konditer torbasıyla ponçik qəliblərini doldurub. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin. Sobadan götürdüyünüz ponçikləri soyudun. Qanaşı hazırlamaq üçün xırdalanmış şokoladı kiçik bir qaba tökün. Kokos südünü mikrodalğalı sobada və ya ocaqda isidin. Daha sonra isti südü şokoladın üzərinə töküb yaxşıca qarışdırın. Qanaşı ponçikin orta hissəsindən tökün,kənarlarından da azca axıdın.
Nuş Olsun!
Servings: 1 yield(s)