Tavada Qiyməli Və Tərəvəzli Spagetti Yeməyi

Qiyməli və tərəvəzli spagetti nahar və ya şam yeməyi süfrəsi üçün dadlı yeməkdir. Sadə məhsullardan hazırlanan bu yeməyin daha zəngin dad və rəngi üçün tərəvəzlərdən istifadə olunur. Evdar.az tavada tərəvəzli və qiyməli spagetti yeməyinin reseptini təqdim edir. Tərkibi:
  • 500 qr qiymə
  • 900 qr spagetti
  • 1 ədəd soğan
  • 1 ədəd bolqar bibəri
  • 1 ədəd pomidor
  • 2 diş sarımsaq
  • 1 xörək qaşığı bitki yağı
  • 2 xörək qaşığı tomat pastası
  • 250 ml su
  • 100 qr bərk pendir
  • 20 qr cəfəri
  • zövqə görə duz, acı bibər tozu, rozmarin (bibəriyyə)
  • 2 çimdik istiot
Hazırlanma qaydası: Əvvəlcə qiyməni hazırlayın. Bir qabda qiyməyə acı bibər tozu, quru rozmarin (bibəriyyə), istiot və duz əlavə edib yaxşıca qarışdırın. Çiy spagettini üç bərabər hissəyə bölün.Qiymədən üç ədəd eyni kotelt formasında hazırlayıb, hər birinin ortasına bir porsiya spagetti qoyun.Qiyməni möhkəm sıxın ki, spagetti içəridə qalsın. Tavanı ocaqda qızdırıb yağ əlavə edin. Hazırladığınız qiyməli spagettiləri qızdırılmış tavada hər tərəfi 3 dəqiqə yüksək istilikdə qızardın. Bu vaxt tərəvəzləri hazırlayın. Soğanı, bolqar bibərini və pomidoru bərabər ölçülü kublara kəsin. Sarımsaqları da xırda doğrayın. Əvvəlcə tavaya soğan və sarımsağı əlavə edin, 2 dəqiqə yumşaq olana qədər qovurun. Ocağı orta istiliyə endirin. Sonra doğranmış bibər və pomidorları soğana əlavə edin, tərəvəzləri birlikdə daha 3 dəqiqə qovurun. Tomat pastasını suda həll edib tavaya tökün.Duz da əlavə edin. Spagetti tamamilə tomatla örtülməlidir. Qaynadıqdan sonra istiliyi minimuma endirin, tavanı qapaq ilə örtün, yeməyi 20 dəqiqə bişirin. Pendiri sürtgəcdən keçirib yeməyin üzərinə səpin. Yeməyi qapağı örtülü olaraq 3-5 dəqiqə bişirin ki, pendir tamamilə ərisin. Daha sonra doğranmış cəfəri səpib ocaqdan götürün.
Nuş Olsun!
Servings: 1 yield(s)