Tez Hazırlanan Faydalı və Çox Ləzzətli Gül Kələmi Yeməyi

Gül kələmini sevməyənlər belə bu yeməyin dadına baxdıqdan sonra "əvvələr bu yeməyi niyə bişirməmişəm?" deyəcək. Evdar.az tez hazırlanan faydalı və çox ləzzətli gül kələmli yeməyin reseptini təqdim edir.

Tez Hazırlanan Faydalı və Çox Ləzzətli Gül Kələmi Yeməyinin tərkibi:

  • 1 ədəd gül kələmi
  • 1/2 yerkökü
  • 3 ədəd yumurta
  • duz, istiot,paprika
  • 3 xörək qaşığı un
  • 100 qr holland pendiri
  • zövqə görə cəfəri
  • zeytun yağı

Tez Hazırlanan Faydalı və Çox Ləzzətli Gül Kələmi Yeməyinin hazırlanma qaydası:

İlk öncə gül kələmini sürtgəcdən keçirin. Yerkökünü də sürtgəcədən keçirin. Bir qabda sürtgəcdən keçirilmiş gül kələmi və yerkökünü qarışdırın. Başqa bir qabda yumurtanı çəngəllə çırpın. Yumurtanı da kələmli qarışığa əlavə edin. Üzərinə un, duz, istiot və paprika əlavə edib qarışdırın. Tavaya yağ töküb qızdırın. Hazırladığınız kütləni tavaya töküb yayın. Qapağını örtüb 6-7 dəqiqə bişirin. Daha sonra çevirib üzərinə sürtgəcdən keçirilmiş pendir  səpin. Doğranmış 1-2 budaq cəfəri də səpib  6-7 dəqiqə qapağı örtlü şəkildə bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)