“Tik-Tok”da Məşhurlaşan “Bulud Çörək”

20 yaşlı UC Berkeley universitetinin tələbəsi Abigail Hwang-Nable tərəfindən başlayan "Bulud Çörəyi" resepti videosu TikTok-da ən çox baxılan videolar sırasındadır. Hazırda az qala 21 milyon baxış sayı olan bu resept son həftələrin ən məşhur çörəyidir. Evdar.az məşhur bulud çörəyin reseptini təqdim edir.

Bulud Çörəyin tərkibi:

  • 3 ədəd yumurta ağı
  • 2 xörək qaşığı ağ və ya qəhvəyi şəkər tozu
  • 1,5 xörək qaşığı qarğıdalı nişastası

Bulud Çörəyin hazırlanma qaydası:

İlk öncə yumurta ağlarını ağarıb köpüklənənə qədər yaxşıca çırpın. Daha sonra yavaş-yavaş şəkər tozunu əlavə edib  qarışdırmağa davam edin. Nişastanı da az-az əlavə edib spatula və ya taxta qaşıqla yavaş-yavaş aşağıdan yuxarıya doğru qarışdırın. Zövqə görə hazırladığınız qarışığa vanil və 1 damcı qida boyası əlavə edib yaxşıca qarışdırın. Geniş ölçülü soba sinisinə yağlı kağız sərin. Hazır qarışığı spatula köməyi ilə dairəvi formada qəlibə yayın. Addım 4: Böyük çörək qabını yağlı kağızla düzün və qarışığı spatula ilə dairəvi formada (qəlibin orta hissəsində qalacaq şəkildə) yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. 
Nuş Olsun!
Servings: 1 yield(s)