Tomatlı Sousda Tərəvəzli Skumbriya Balığı

Skumbriya olduqca orijinal bir dad və qoxusu olan bir balıqdır. Bu balıqdan nahar və ya şam yeməyi üçün, hətta bayram süfrəsi üçün dadlı və doyurucu yemək hazırlaya bilərsiniz. Evdar.az tərəvəzli skumbriya balığının reseptini təqdim edir.

Tomatlı Sousda Tərəvəzli Skumbriya Balığının tərkibi:

  • 500 qr skumbriya balığı
  • 1 ədəd soğan
  • 1 ədəd yerkökü
  • 1 ədəd bolqar bibəri
  • 1 xörək qaşığı tomat
  • 250 ml su
  • 1-2 xörək qaşığı bitki yağı
  • duz, istiot, balıq üçün ədviyyat
  • zövqə görə göyərti

Tomatlı Sousda Tərəvəzli Skumbriya Balığının hazırlanma qaydası:

Skumbriya balığının başını, quyruğunu və üzgəclərini kəsib içini təmizləyin. Balığı yaxşıca yuyub kağız dəsmalla suyunu qurudub təxminən 3 sm enində doğrayın. Soğanı 4 hissəyə bölüb nazik doğrayın. Tavaya az miqdarda yağ töküb ocağa qoyun. Soğanı yağda bir neçə dəqiqə qızardın. Yerkökünü kiçik kub formasında doğrayıb qızardılmış soğana əlavə edib qarışdırın və qovurmağa davam edin. Bibəri zolaqlar formasında doğrayıb yerkökü və soğana əlavə edin. Tərəvəzləri yumşaq olana qədər daha 5 dəqiqə bişirin. Orta ocaqda vaxtaşırı bir spatula ilə və ya taxta qaşıqla qarışdırın. Daha sonra tərəvəzlərə tomat və ədviyyatları əlavə edin. Tomat pastasını qarışdıraraq tərəvəzlərə töküb qarışdırın. İstiliyi azaldıb sousu bir neçə dəqiqə qaynadın ki, tərəvəzlər tomatla qarışsın. Skumbriya dilimlərini tavaya tərəvəzlərin üzərinə düzüb 5 dəqiqə bişirin. Daha sonra hər bir balıq tikəsini digər tərəfə çevirin ki, balıq bərabər bişsin. Minimum istilikdə daha 7-10 dəqiqə (daha çox deyil) bişirin. Bişdikdən sonra tavanın qapağını örtün ki, tərəvəz və tomatın dadını və iyini tam özünə çəksin. Tərəvəzli skumbriyanı boşqaba töküb üzərinə göyərti səpib süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)