Tort Və Pirojnaları Bəzəmək Üçün Bişmiş (Zavarnoy) Ballı Krem

Bişmiş ballı krem tortları, pirojnaları doldurmaq və bəzəmək üçün çox uyğundur. Müstəqil bir desert kimi də süfrəyə verilə bilər. Evdar.az bişmiş ballı kremin reseptini təqdim edir.

Tort Və Pirojnaları Bəzəmək Üçün Bişmiş (Zavarnoy) Ballı Kremin tərkibi:

  • 1 litr qaymaq
  • 4 ədəd yumurta
  • 200 qr bal
  • 1 çay qaşığı duz
  • 2 çay qaşığı vanil
  • 100 qr un

Tort Və Pirojnaları Bəzəmək Üçün Bişmiş (Zavarnoy) Ballı Kremin hazırlanma qaydası:

Bir qabda 4 ədəd yumurtanı mikserlə yaxşıca çırpın. Üzərinə 100 qr un və 1 çay qaşığı duz töküb qarışdırın. Bir litr qaymağı qalın dibi olan bir qazana tökün. Qaymağın yağlılığı önəmli deyil, qaymaq ​​nə qədər yağlı olarsa, krem ​​də bir o qədər qatı olar. Qazana 200 qram bal əlavə edib ocağa qoyun. Bal əriyib qarışana qədər qaynadın. Qaynamağa başladıqda ocaqdan götürün. Unlu qarışığı isti ballı qaymağa az-az əlavə edib dayanmadan tel çırpıcıyla və ya mikserlə qarışdırın. Qarışığı yenidən qazana töküb zəif ocaqda tel çırpıcıyla qarışdıraraq qaynadın. Ocağı söndürüb 1-2 dəqiqə qarışdırmağa davam edin. Daha sonra mikserin qabına kremi töküb 1-2 dəqiqə çırpın. Kremin üzərini streç salafanla örtüb otaq 1 saatlıq soyuması üçün kənara qoyun. Yaxşı soyuması üçün daha sonra ən az 3 saatlıq soyuducuya yerləşdirin. Saatın tamamında soyuducudan çıxarıb mikserlə yaxşıca çırpın. Çırpma prosesində 2 çay qaşığı vanil əlavə edin. Krem hazırdır! İstədiyiniz tortu və ya pirojnanı bu kremlə doldurub bəzəyə bilərsiniz. Tortlar və şirniyyatlar üçün müxtəlif reseptləri http://evdar.az saytımızda TortlarŞirniyyatlar bölməsində tapa bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)