Tortlar Üçün Yüngül və Dadlı Qanaşlı Krem

Tortlar üçün dadlı, yüngül qanaşlı krem hazırlaya bilərsiniz. Evdar.az qanaşlı kremin reseptini təqdim edir.

Tərkibi:

  • 2 paçka 200ml qaymaq (sütaş, milla)
  • 3 paçka südlü şokolad (80-90qr olanlardan)
  • 1 paçka tünd şokolad

Hazırlanma qaydası:

İlk öncə qaymağı qazana əlavə edib zəif ocaqda qızdırın, qaynatmayın! Dilimlənmiş şokolad parçalarını da qazana əlavə edib tez-tez qarışdırın ki, ərisin. Şokoladlar əriməyə başladıqda ocağın altını söndürüb yaxşıca qarışdırın ki, hamısı ərisin. Hazır kütləni dərin qaba töküb soyumağa qoyun. Tam soyuduqdan sonra 3-4 saatlıq soyuducuya yerləşdirin. Daha sonra soyuducudan çıxarıb 8-10 dəqiqə mikserlə yaxşıca çırpın. Qatı krem halına gəldikdə bişmiş korjların arasına çəkib, zövqə görə bəzəyə bilərsiniz. Bəzək üçün ayırıb 1 saatlıq soyuducuya yerləşdirin ki, bəzəklər daha gözəl alınsın.  
Nuş Olsun!
Servings: 1 yield(s)