Unudulmaz Kiyev Tortu

Kiyev tortu hələ də ən məşhur tortlardan biridir. Bu mükəmməl tort 1956-cı ildə Kiyev qənnadı fabrikində təklif edilmiş resept üzrə hazırlanıb. Evdar.az unudulmaz tortlardan Kiyev tortunun reseptini təqdim edir. Tərkibi: Korj üçün:
  • 6 ədəd yumurta ağı
  • 1,5 stəkan şəkər tozu
  • 1 stəkan qoz və ya fındıq (çox xırda doğranmamış)
  • 3 xörək qaşığı nişasta
Kremi üçün:
  • 3 ədəd yumurta sarısı
  • 1 stəkan şəkər tozu
  • 1 stəkan süd
  • 300 qr kərə yağı
  • 1 xörək qaşığı kakao
Hazırlanma qaydası: Korju hazırlamaq üçün yumurta ağını mikserlə ağaranadək çırpın. Az-az şəkər tozu əlavə edərək çırpmağa davam edin. Nişastanı  yumurta ağlarının üzərinə ələyin və xırda doğranmış qoz və ya fındıq töküb qarışdırın. Hazırladığınız kütləni yağlı kağız sərilmiş soba sinisə töküb yayın. Əvvəlcədən 170 dərəcə qızıdırılmış sobada 20 dəqiqə bişirin. Daha sonra sobanın dərəcəsini 150 dərəcəyə artırın və 1 saat 40 dəqiqə bişirib, soyudun. Kremi üçün yumurta sarısı, şəkər tozu və südü bir qaba töküb qarışdırın. Bişirib, soyudun. Yumşaldılmış kərə yağını qaşıq-qaşıq soyuyan qarışığa əlavə edərək mikserlə çırpın. Kakao əlavə edərək yenə çırpın. Korju iki hissəyə bölüb, arasına krem yaxın. Üzərini və kənarlarını zövqə görə bəzəyə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)