Xəmir və Meyvələrlə Möhtəşəm Desertlər

Mayasız qat-qat xəmirdən və ya yağlı xəmirdən meyvələrlə desert hazırlaya bilərsiniz. Evdar.az xəmir və meyvələrlə möhtəşəm ideyaları təqdim edir. Tərkibi:
  • yarım stəkan su
  • yarım stəkan bitki yağı (günəbaxan, zeytun)
  • 2 stəkan un
  • bir çimdik duz
Hazırlanma qaydası: Yarım stəkan bitki yağı yarım stəkan suya tökün. Tədricən un, duz əlavə edin və yumşaq xəmir yoğurun. Xəmiri təmiz bir dəsmal ilə örtün və yarım saatlıq kənara qoyun. Daha sonra xəmiri dəzgaha yayın, xəmir çox yağlı olduğundan və buna görə praktiki olaraq masaya yapışmır. Masanı yalnız bitki yağı ilə biraz yağlaya bilərsiniz. Yuxanı bitki yağı ilə yağlayın və zərf şəkildə qatlayın. Hazırladığını zərfi yenidən yayın. Yenidən yağlayın və qatlayın. 3-4 dəfə təkrarlaya bilərsiniz. Təbii ki, yağsız xəmirdən hazırlanan məhsullar klassik olanlar qədər zərif qatlı deyil, eyni zamanda çox dadlı, ağızda əriyəndir. Mayasız yağsız qat-qat xəmir də uyğundur. Xəmirlərdən yayıb (fotolardaki fikirlərdən istifadə edərək) meyvələrlə desert hazırlaya bilərsiniz.  
Servings: 1 yield(s)