Xəmir Yoğurmadan, Yuxa Açmadan Tavada Lavaş

Xəmir yoğurmadan, yuxa açmadan, sadəcə qarışdıraraq hazırlanan xəmirlə çox asan şəkildə yumşaq lavaşlar hazırlaya bilərsiniz. Evdar.az tavada hazırlanan yumşaq lavaşın reseptini təqdim edir.

Xəmir Yoğurmadan, Yuxa Açmadan Tavada Lavaşın tərkibi:

  • 3 stəkan un
  • 3,5 stəkan soyuq su
  • 1 çay qaşığı duz
  • 1 xörək qaşığı duru yağ

Xəmir Yoğurmadan, Yuxa Açmadan Tavada Lavaşın hazırlanma qaydası:

Dərin bir qaba unu ələyin. Üzərinə duz əlavə edib qarışdırın. Suyu da az-az əlavə edib tel çırpıcıyla (və ya mikserlə) yaxşıca qarışdırın. Daha sonra 1 xörək qaşığı duru yağ da əlavə edib qarışdırın. Blinçik xəmiri kimi maye xəmir olacaq. Yapışmayan tavanı ocağa qoyub qızdırın. Tavanı yağlamayın! Hazırladığınız xəmirdən bir çömçə qaşıqla tavaya tökün. Çömçənin arxa hissəsiylə yüngül dairələr çəkərək xəmiri tavaya yayın. Orta odda azca qurumağa başlayana qədər bişirin. Daha sonra xəmiri ehtiyyatla spatulayla çevirib digər tərəfini də 1-2 dəqiqə bişirib ocaqdan götürün. Bişmiş lavaş qurumasın deyə mətbəx dəsmalına bükün. Bu qaydayla xəmir qurtarana qədər lavaşlar hazırlayın.
Nuş Olsun!
Servings: 1 yield(s)