Xəmirsiz Dadlı və İştah Açan Kələmli Lavaşlı Piroq

Bişmiş kələm ilə lavaşlı piroq – tez hazırlanan, dadlı və iştah açan xəmirsiz bir reseptdir. Evdar.az lavaşlı, kələmli piroqun reseptini təqdim edir.

Tərkibi:

  • 300 qr kələm
  • 2 ədəd lavaş
  • 2 ədəd yumurta
  • 70 ml qatıq
  • 2 xörək qaşığı bitki yağı
  • duz, istiot zövqə görə

Hazırlanma qaydası:

İlk öncə kələmi doğrayıb tavada 30 dəqiqə bişirin. Bir qabda yumurtaları çırpıb üzərinə qatıq əlavə edin. Duz, istiot əlavə edib yaxşıca qarışdırın. Lavaşın birini kiçik parçalara ayırın və yumurtalı qarışığa əlavə edin. Soba  sinisinə ilk öncə lavaş yerləşdirin. Üzərinə bişmiş kələmi düzün. Kələmin üstünə lavaşlı yumurta qarışığını yayın. Zövqə görə üzərinə küncüt və ya kətan toxumu səpə bilərsiniz. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)