Xərçəngə Qarşı Pomidor Mürəbbəsi

Pomidor mürəbbəsi yemisinizmi heç? Qeyri-adi dadı olan bu mürəbbə sağlamlığınız üçün faydalıdır. Kalorisi az, antioksidant qaynağı, antibakterial, xərçəngə qarşı və hipoglisemik xüsusiyyəti olan pomidor mürəbbəsini bir dəfə sınaqdıqdan sonra süfərlərinizin baş tacı olacaq. Evdar.az sağlamlığınız üçün faydalı pomidor mürəbbəsinin reseptini təqdim edir. Tərkibi:
  • 1 kq çerri pomidor
  • 1 kq şəkər tozu
  • yarım stəkan su
Əhəng suyu üçün:
  • 2 xörək qaşığı sönməmiş əhəng
  • 2 litr su
Hazırlanma qaydası: İlk öncə çerri pomidorları yuduqdan sonra qaynar su içərisinə atın və bir neçə dəqiqə sonra sudan çıxarın. Bu üsulla çerri pomidorların qabıqları daha rahat soyulacaq. Əhəng suyunu hazırlamaq üçün bir kasaya iki litr soyuq su tökün və içərisinə 2 xörək qaşığı əhəngi əlavə edib qarışdırın. Əhəngin dibinə çökməsi üçün təxminən 2 saat gözləyin və sonra əhəng suyunu yaxşıca süzün. Süzdüyünüz əhəng suyunun içərisinə çerri pomidorları tökün. Çeri pomidorları bir saat əhəng suyunda gözlədin. Bir saat keçdikdə pomidorları əhəng suyundan çıxarın və bol suda yaxşıca yuyun. Mürəbbəni bişirəcəyiniz qaba yarım stəkan su tökün və üzərinə şəkər tozu əlavə edin. Şərbəti qarışdıraraq qaynadın. Şərbət hazır olduqda içərisinə çerri pomidorları əlavə edin və zəif odda mürəbbəni bişirməyə davam edin. Təxminən bir saat qaynayan çerri pomidor mürəbbəsi konsistensiyanı aldıqda üzərinə bir xörək qaşığı limon suyu əlavə edin. Mürəbbəni ocaqdan götürün və bir neçə dəqiqə kənarda saxlayın. Pomidor mürəbbəsini şüşə bankalara doldurun. Bankanın qapağını yaxşıca bağlayın və tərs çevirin. Çerri pomidor mürəbbəsini soyuduqdan sonra sərin, quru və qaranlıq bir yerdə saxlayın.
Nuş Olsun!
Servings: 1 yield(s)