Xırçıldayan Makaron Çipsi

Xırçıldayan makaron çipsi kartof çipsinə maraqlı bir alternativdir. Belə bir qəlyanaltını ən sevdiyiniz filmləri seyr etdikdə yeməkdən məmnun qalacaqsınız. Mağazaya getməyinizə ehtiyac yoxdur, ev şəraitində özünüz hazırlaya bilərsiniz. Evdar.az dadlı və xırçıldayan makaron çipsinin reseptini təqdim edir. Tərkibi:
  • 100 qr makaron
  • 1 xörək qaşığı un
  • 1 xörək qaşığı nişasta
  • bitki yağı
  • zövqə görə duz, istiot, bibər tozu
Hazırlanma qaydası: İlk öncə makaronu suda 5 dəqiqə bişirin. Yarım bişən makaronu süzün və üzərinə soyuq su tökün (makaronun bir-birinə yapışmaması üçün). Süzülmüş makaronları salat qabına töküb üzərinə un və nişasta əlavə edib yaxşıca qarışdırın. Makaronları bitki yağında az-az töküb qızardın. Qızardılmış makaronları ayrı bir boşqaba kağız salfetin üstünə qoyun, artıq yağı çəksin deyə. Xırçıldayan makaronları bir boşqaba qoyun, zövqə görə ədviyyat əlavə edib yaxşıca qarışdırın.
Nuş Olsun!
Servings: 1 yield(s)