Xüsusi Günlər Üçün Gül Naxışlı Cupcake

Ad günləri, “baby shower” kimi partilərdə süfrələri bəzəyəcək mükəmməl kapkeyklər hazırlaya bilərsiniz. Evdar.az gül naxışlı cupcakelərin reseptini təqdim edir.

Tərkibi:

  • 1 stəkan iri dənəli şəkər tozu
  • 2 ədəd yumurta
  • yarım stəkan süd
  • yarım stəkan bitki yağı
  • 1 xörək qaşığı kakao
  • 2 stəkan un
  • 1 paket qabartma tozu
  • 1 paket vanil

Üzəri üçün:

  • rəngli şəkər xəmiri

Hazırlanma qaydası:

İlk öncə bir qabda şəkər tozu və yumurtanı mikserlə yaxşıca çırpın. Üzərinə süd və bitki yağını əlavə edib çırpın. Daha sonra üzərinə kakaonu ələyin və yenidən qarışdırın. Sırayla unu, qabartma tozunu və vanili əlavə edib qarışdırın. Hazırladığınız kütləni kiçik muffin qablarının yarısına gələcək qədər bölüşdürün. Əvvəlcədən 170 dərəcə qızdırılmlş sobada  20 dəqiqə bişirin. Bişən kekslərin üzərini istədiyiniz kimi şəkər xəmiri ilə bəzəyə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)