Maraqlı Xəbərlər

Şuşada Əslində Nə Baş Verib? – İZAH

Şuşada əslində nə baş verib?

Evdar.az Milli.az-a istinadən xəbər verir ki, Şuşa yaxınlığında baş vermiş hadisəni erməni təbliğatı yenə də saxtalaşdırıb. Belə ki, sentyabrın 17-də Ermənistan mediası və sosial şəbəkələrdəki ermənilər, xüsusilə də ermənilərin Telegram kanalları “Rusiyanın sülhməramlı kontingentinin operativ-fəaliyyət nəzarətində olan ərazidə atışma olduğunu, atışma nəticəsində iki rusiyalı sülhməramlının yaralanması” barədə xəbərlər yaymışdılar.

Bu “məlumat” həmişə olduğu kimi, yalandır.

Gerçək fərqlidir.

Belə ki, Şuşa yaxınlığında qurduqları posta qalxmağa çalışan iki erməni silahlının cəhdlərinin qarşısı alınıb. Onlardan biri – sıravi, Ermənistan vətəndaşı Vruyr Vardanoviç Şaxramanyan gözündən, digəri isə ombasından yaralanıb.

V.Şaxramanyan maşında olarkən yaralanıb və onun həyatını başındakı dəbilqə xilas edib.

Yaralıların ikisi də İrəvandakı Murasan hərbi hospitalına aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir