Maraqlı Xəbərlər

Türkiyədə Meşə Yanğınlarıyla Bağlı Son Vəziyyət

Türkiyənin əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli ölkəni cənginə almış meşə yanğınları ilə bağlı son məlumatları bölüşüb.

Nazir mətbuat konfransı zamanı artıq 268 yanğının nəzarət altına alındığını bildirib.

Onun sözlərinə görə, hazırda Muğlanın Köyceğiz və Milas bölgələrində iki yanğın davam edir.

Pakdəmirli həmçinin Türkiyə tərəfindən yanğınla mübarizədə dəstək üçün Yunanıstana iki təyyarə göndəriləcəyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir