Maraqlı Xəbərlər

Vaxtı Keçən Kreditlərlə Bağlı Vəziyyət Dəyişdi – Sonuncu Dəfə 2014-cü İldə Belə Olmuşdu

Azərbaycanda vaxtı keçən kreditlərin cəmi kreditlərdə payı 5,8 faizə enib.

Evdar.az Mərkəzi Banka istinadən bildirir ki, iyulun sonunda 6,1 faiz olan vaxtı keçən kreditlərin payı avqustun sonunda 5,8 faizə düşüb. 
2021-ci ilin sentyabrın 1-nə olan məlumata əsasən, bankların kredit qoyuluşu 15,6 milyard manat olub ki, onun da 904 milyon manatı vaxtında qaytarılmayan kreditlərdən ibarətdir. Bir il əvvəl vaxtı keçən kreditlərin məbləği 1,065 milyard manat, kreditlərdə payı 7,3 faiz idi. 
Dinamika göstərir ki, son bir ildə vaxtı keçən kreditlərlə bağlı vəziyyət müsbətə doğru dəyişib. 
Xatırladaq ki, vaxtı keçən kreditlərin payının 6 faizdən az olması sonuncu dəfə 2014-cü ildə qeydə alınıb. Beynəlxalq maliyyə qurumlarının tövsiyələrinə əsasən cəmi kreditlərin 10 faizə qədəri vaxtı keçən kredit olduqda bu, normal hesab edilir. 2017-ci ildə vaxtı keçən kreditlərin payı 13,8 faizə yüksəldikdən sonra tədricən azalaraq 2019-cu ildə 8,3 faizə, 2020-ci ildə 6,1 faizə düşüb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir