Faydalı Faydalı Məsləhətlər

Yemək Bişirərkən Bu Səhvləri Etməyin!

Yemək bişirməklə maraqlanırsınızsa və sağlam qidalanmaya fikir verirsinizsə bu xəbərimiz tam sizə görədir! Yemək bişirəndə etdiyiniz səhvlər, sağlam və ləzzətli yeməklər yeməyinizə mane ola bilər. Evdar.az-ın hazırladığı xüsusi məqaləni oxuyaraq yemək bişirəndə edilən səhvləri öyrənə bilərsiniz.

Yemək Hazırlayarkən Mütləq Bunlar Nəzərə Alınmalıdır!

  • Tərəvəzlər çox tez bişir. Buna görə bişirmə müddətinə diqqət edilməlidir. Tərəvəzləri qaynatmaq əvəzinə buxarda bişirməyə üstünlük verməlisiniz. Çünki suda qaynadılmış tərəvəzlər qida dəyərlərini itirir. Almaq istədiyiniz vitamin və minerallar suyla axıb gedir.
  • Tərəvəz və meyvələri bişirdikdə qabığını soymamağa diqqət edin. Qabıqlarında yüksək miqdarda vitamin olur. Onlardan faydalanmaq üçün qabıqlı istifadə edilməsi tövsiyyə olunur.
  • Göyərti, göbələk, soğan kimi əvvəlcədən qovrulacaq məhsulları yuduqdan sonra yaxşıca silin. Əks təqdirdə su tavadakı yağ ilə qarışanda sıçrayır və yeməyinizin sulanmasına səbəb olur.
  • Sağlam və ləzzətli bir yemək üçün təbii yağlara üstünlük verin. Kərə yağı, zeytun yağı kimi təbii yağlar ölçüsündə istifadə edildikdə sağlamlığınız üçün faydalı olar. Yeməyinizin ləzzətini və keyfiyyətini artırır. Ancaq qızartmalarda zeytun yağı istifadə etməyin. Çünki təbii zeytun yağı digər yağlara nisbətən daha tez yanır.
  • Makaron qaynadarkən yağ əlavə etməyin heç bir faydası yoxdur. Yağ əlavə etmək yerinə duz əlavə edin və makaronu qarışdırın. Makaron qaynadıqdan sonra duz əlavə etməyiniz daha doğrudur. Çünki su qaynamadan əlavə olunan duz, suyun qaynama müddətini uzadır.
  • Tavada yemək bişirdikdə həddindən artıq çox doldurmayın. Tava ağzına qədər doldurulduqda yeməklər bərabər şəkildə yayılmır və yaxşı bişmir. Tavanın altında qalan yeməklər isə çox tez yanır.
  • Yeməyinizi bişirdikdə ədviyyatlarla ləzzətləndirməyi unutmayın. Ləzzətli və faydalı ədviyyatlar sayəsində duzdan istifadəni azalda və daha ləzzətli yeməklər ortaya çıxara bilərsiniz.
  • Ət, toyuq və ya balığı soyuducudan çıxaran kimi isti tavaya və ya sobaya qoymayın. Bir az açılmasını gözləyin. Əks təqdirdə, ətin kənarları çox tez bişir, ancaq içi çiy qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir