Ən Güclü Və Sevilən Kişilər Üçün “Kişinin Göz Yaşları” Salatı

Kişilər nəyi xəyal edirlər? Dadlı və doyumlu yemək ! "Kişi göz yaşları" adlı bir salat bu xəyalı reallaşdıra bilər. "Kişinin göz yaşları" salatı yalnız bir salat deyil, xəyaldır, çünki ən dadlı məhsulları özündə birləşdirir. Bu asan hazırlanan və dadlı salatla istənilən kişinin ürəyinə yol tapa bilərsiniz. Salata niyə belə ad verilib bilmirəm, ancaq göz yaşları yalnız sevincdən ola bilər, çünki salat çox dadlı və doyurucudur. Evdar.az dadlı salatın reseptini təqdim edir. Tərkibi:
  • 100 qr koreyasayağı yerkökü
  • 3 ədəd yumurta
  • 1 ədəd əridilmiş pendir
  • 100 qr toyuq filesi
  • 100 qr soğanla qovrulmuş şampinyon göbələyi
  • 1 xörək qaşığı 67 % yağlılığı mayonez
Hazırlanma qaydası: İlk öncə yumurtaları suda bişirib soyudun. Toyuq filesini də suda bişirin. Daha sonra bişmiş yumurtaları rəndədən keçirin. Bişmiş fileni də əllə bərabər ölçüdə tikələrə ayırın. Əridilmiş pendiri salafan paketə qoyub 30-40 dəqiqəlik soyucunun dondurucu rəfinə yerləşdirin. Soyuducudan çıxartdığınız pendiri rəndələyin. Salatı düzəcəyiniz qaba dəmir halqa yerləşdirin. Tikələrə ayırdığınız toyuq filesini səpin. Üzərindən soğanla bişmiş göbələkləri düzüb mayonez yaxın. Koreyasayağı yerkökünü də düzüb mayonez yaxın. Rəndələnmiş əridilmiş pendiri də səpib mayonez yaxın. Axırıncı qata da rəndələnmiş yumurtanı da düzüb mayonez yaxın. Ehtiyyatla dəmir halqanı çıxarın. Hazır salatı göyərtiylə və ya dondurulmuş giləmeyvəylə bəzəyə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)