Ətsiz Çuğundur Şorbası

Çuğundur, kartof, yerkökü və tərəvəz bulyonundan hazırlanmış ətirli tərəvəz şorbası üçün əla resept. Evdar.az ətsiz çuğundur şorbasının reseptini təqdim edir. Tərkibi:
  • 1 ədəd çuğundur
  • 1 ədəd yerkökü
  • 1 ədəd kartof
  • 1 ədəd soğan
  • 600 ml su və ya tərəvəz bulyonu
  • 1 xörək qaşığı xama
  • 2 budaq cəfəri
  • 2 xörək qaşığı bitki yağı
  • duz,istiot
Hazırlanma qaydası: İlk öncə soğanı xırda doğrayıb yağda qızardın. Kartofu və çuğunduru kub formasında doğrayın. Yerkökünü isə halqa şəklində doğrayın.Qızardılmış soğana doğranmış çuğundur, kartof və yerkökü əlavə edib 3-4 dəqiqə bişirin. Üzərinə bulyonu, duzə və istiotu da əlavə edib qarışdırın. Qazanın qapağını örtüb zəif ocaqda 30-40 dəqiqə bişirin. Ətirli tərəvəz şorbasını dərin kasaya töküb, üzərinə 1/2 xörək qaşığı xama əlavə edin. Üzərinə xırda doğranmış cəfəri səpib süfrəyə verin. Şorbaya xama əlavə etmədikdə şorba yağsız alınacaq.
Nuş Olsun!
Servings: 1 yield(s)