10 Günə Hazır Olan Üzüm Turşusu

Evdə hazırlaya biləcəyiniz turşu reseptləri siyahısına üzüm turşusunu da əlavə edin. Üzümün bol vaxtında yalnız qurusunu, dondurulmuşunu, bəkməzini deyil, həm də turşusunu hazırlayın. Evdar.az 10 günə hazır olan üzüm turşusunun reseptini təqdim edir.

10 Günə Hazır Olan Turşu

Üzüm Turşusunun tərkibi:

800 qr-lıq banka üçün:
  • 200 qr bərk, yaşıl və turş üzüm
  • 1 çay qaşığı nanə qurusu
  • 2 ədəd qənd
  • 1 ədəd dəfnə yarpağı
  • 0,5 stəkan üzüm sirkəsi
  • 1 xörək qaşığı duz
  • dolana qədər soyuq su

Üzüm Turşusunun hazırlanma qaydası:

İlk öncə üzümləri saplaqlarıyla birlikdə yaxçıca yuyun və suyunu süzün. 800 qramlıq bankanı və qapağını sterilizə edin. Bankaya saplaqlı üzümü yerləşdirin. Üzərinə bir banka üçün 1 çay qaşığı  nanə qurusu, 2 ədəd qənd, 1 ədəd dəfnə yarpağı, yarım stəkan üzüm sirkəsi, 1 xörək qaşığı duz və dolana qədər soyuq su əlavə edib qapağını bağlayın. Turşu 1 həftə və ya 10 günə hazır olacaq. Hazırladığınız turşunu sərin və quru yerdə qış üçün də saxlaya bilərsiniz. Açıldıqdan sonra isə soyuducuda saxlayın.
Nuş Olsun!
Ən dadlı turşu reseptləri- Ən Dadlı Kulinariya Saytında!
Servings: 1 yield(s)