6+ Aylıq Körpələr Üçün Düyülü Alma Püresi

Əlavə qidaya keçən körpələrin əvəzedilməz qida mənbəyindən biri də düyüdür. Yaxşı bir karbohidrat qaynağı olduğu üçün meyvələrlə birlikdə hazırlayıb 6-cı ayını tamamlayan körpələrə verə bilərsiniz. Xüsusilə alma körpələrin imtina edə bilməyəcəyi ləzzətlərdən biridir. Buna görə də düyü ilə almanı qarışdıra bilərsiniz. Evdar.az 6+ aylıq körpələr üçün düyülü alma püresinin reseptini təqdim edir.

6+ Aylıq Körpələr Üçün Düyülü Alma Püresinin tərkibi:

  • 1 ədəd kiçik ölçülü alma
  • 1 qaşıq düyü
  • 1 qəhvə fincanı su
  • istəyə görə darçın tozu

6+ Aylıq Körpələr Üçün Düyülü Alma Püresinin hazırlanma qaydası:

İlk öncə düyünü yuyub kiçik bir qabda suda bişirin. Qapağı bağlı şəkildə sıyıq olana qədər vam odda bişirin..Almanın qabığını soyub sürtgəcdən keçirin. Bir qabda bişib yumşalan düyünü sürtgəcdən keçirilmiş alma püresiylə qarışdırın. İstəyə görə darçın tozu səpib qarışdırın.
Nuş Olsun!
Servings: 1 yield(s)