Ağızda Əriyən Badamlı Peçenye

Soyuducunuzda hər zaman olan məhsullardan sözün əsl mənasında ağızda əriyən badamlı peçenye bişirə bilərsiniz. Evdar.az badamlı peçenye reseptini təqdim edir.

Badamlı Peçenyenin tərkibi:

  • 125 qr otaq temperaturunda yumşaldılmış kərə yağı;
  • 100 qr şəkər kirşanı;
  • 1 ədəd yumurta;
  • 1 çay qaşığı vanil;
  • yarım limon qabığı;
  • 1 çay qaşığı qabartma tozu;
  • 220 qr un;
  • 20-25 ədəd təmizlənmiş badam ləpəsi.

Badamlı Peçenyenin hazırlanma qaydası:

Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağının üzərinə şəkər tozu əlavə edib taxta qaşıqla və ya spatulayla qarışdırın. Üzərinə yumurta, sürtgəcdən keçirilmiş limon qabığı və vanil əlavə edib qarışdırın. Ələnmiş unu və qabartma tozunu da əlavə edib xəmir yoğurun. Peçenye xəmiri ulduz başlıqlı konditer torbasına doldurun. Yağlı kağızı soba sinisinə sərin. Konditer torbasını sıxaraq istədiyiniz formada peçenyelər hazırlaya bilərsiniz. Xəmirin orta hissəsinə bir ədəd badam ləpəsi qoyub əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)