Antibiotik Əvəzinə Əvəlikli Əriştə Şorbası

Tərkibindəki vitaminləri saymaqla bitməyən əvəlikdən dadlı şorba hazırlayın. C vitamini ilə zəngin olduğu üçün qrip kimi infeksiyalarla mübarizədə çox təsirlidir. Evdar.az əvəlikli əriştə şorbasının reseptini təqdim edir.

Antibiotik Əvəzinə Əvəlikli Əriştə Şorbasının tərkibi:

  • quru əvəlik
  • soğan
  • ət suyu
  • bişmiş maş lobya
  • 3-4 ədəd quru alça
Xəmiri üçün:
  • un
  • yumurta
  • duz
  • su

Antibiotik Əvəzinə Əvəlikli Əriştə Şorbasının hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda un, yumurta, duz və su töküb bərk xəmir yoğurun. Xəmiri kündələyib 5 dəqiqə saxlayın. Daha sonra unlanmış dəzgahın üzərində oxlovla yayıb nazik əriştələr kəsin. Kəsdiyiniz əriştələri unlayıb aralıqlarla düzün ki, bir-birinə yapışmasın. Maş lobyanı əvvəlcədən bir gecə suda saxlayıb bişirin. Quru əvəlikləri suda qaynadın ki, acılığı çıxsın. Daha sonra yaxşıca yuyub xırda doğrayın. Soğanı xırda doğrayıb qazanda yağda qovurun. Qovrulan soğana duz və sarıkök əlavə edin. Üzərinə əvvəlcədən hazırlanmış ət suyu və ya adi su əlavə edib qaynadın. Qaynamağa başladıqda bişmiş maş lobyanı və əvəliyi əlavə edin. 3-4 ədəd quru alça və kəsdiyiniz əriştələri əlavə edib bişirin. İstəyə bağlı şorbaya 1 çay qaşığı limon suyu əlavə edə bilərsiniz. Hazır şorbanı süfrəyə isti halda verin.
Nuş Olsun!
Servings: 1 yield(s)