Arıqlamaq İstəyənlər Üçün Pəhriz Kolbasası

Pəhrizdə olanlar mağazada satılan kolbasanı almaq əvəzinə ev şəraitində hazırlaya bilər. Bu reseptlə hazırlanan kolbasaları arıqlamaq istəyənlər təhlükəsiz şəkildə yeyə bilər. 100 qr kolbasada 150 kkal, 20,2 qr protein, 7,8 qr yağ, 0 qr karbohidrat var. Evdar.az pəhrizdə olanlar üçün ev şəraitində hazırlanan kolbasanın reseptini təqdim edir.

Pəhriz Kolbasasının tərkibi:

  • 600 qr toyuq döş filesi
  • 400 qr toyuq budu filesi
  • 10 q r xörək duzu
  • 10 qr nitrit duzu (0,6%)
  • 1 xörək qaşığı şirin paprika
  • 1 xörək qaşığı qurudulmuş sarımsaq tozu
  • 1 xörək qaşığı üyüdülmüş keşniş toxumu
  • 100 qr su
  • 55 mm qalınlığında kolbasa üzlüyü

Pəhriz Kolbasasının hazırlanma qaydası:

İlk öncə toyuq ətlərini kiçik kub formasında doğrayın. Dərin bir qaba doğranmış ətləri, xörək duzu, nitrit duzu və suyu əlavə edib qarışdırın. Qabın üzərinə streç salafan keçirin və 24 saatlıq soyuducuya yerləşdirin. 24 saatdan sonra ətlər suyu canına çəkənə qədər yaxşıca qarışdırın. Üzərinə ədviyyatları da əlavə edib qarışdırın. Qarışığın yarısını qiymə olana qədər mətbəx robotunda əzin. Daha sonra ət parçaları ilə birləşdirin. Xəmir torbasını əzilmiş və doğranılmış ətlərlə doldurun, kolbasa üzlüyünüdə qoyun və artıq havanı çıxararaq içindəki əti ehtiyyatla sıxın. Uclarını bağlayın. Təxminən 3 ədəd kolbasa hazırlayın. Kolbasaları əvvəlcədən 80 dərəcə qızdırılmış sobada 3 saat bişirin, sonra temperaturu 130-140 qədər artırın və daha 20 dəqiqə bişirin (daxili 70 ° C-yə çatmalıdır). Bişən kolbasaları sobada soyudun.
Nuş Olsun!
Servings: 1 yield(s)