Bədəni Toksinlərdən Təmizləyən, Yağ Yandıran Şorba

Arıqlamaq istəyirsinizsə, bədəni toksinlərdən təmizləyən, yağ yandıran bir şorba hazırlayın. Əsas məqsədi bədəndə yağ yandırmağa başlamaqdır. Bu hədəfi təyin edən əsas tərkib kərəvizdir. Həqiqət budur ki, bu mənfi kalorili bir tərəvəzdir. Yəni onun həzminə, ona veriləndən daha çox kalori sərf olunur. Kərəviz sidikqovucu təsir göstərir və metabolik prosesləri sürətləndirməyə kömək edir. Yağ yandıran şorba pəhriz şorbasının əsas dayaq hissəsidir. Evdar.az yağ yandıran şorbanın reseptini təqdim edir. Tərkibi:
  • 400 qr kələm
  • 5 ədəd orta ölçülü soğan
  • 5 ədəd pomidor
  • 2 ədəd bolqar bibəri və ya yaşıl bibər
  • 2 ədəd orta ölçülü yerkökü
  • 4 ədəd şirəli kərəviz sapı
  • 2 sm kərəviz budağı
  • duz, istiot
  • 1 xörək qaşığı zeytun yağı
Hazırlanma qaydası: İlk öncə soğanı doğrayıb zeytun yağında qovurun. Kələmi xırda doğrayın. Bibər və pomidoru kiçik doğrayın. Yerkökünü kiçik kub doğrayın və ya sürtgəcin iri gözündən keçirin. Kərəviz kökünü də doğrayın. Bir qazana qovrulmuş soğan, doğranmış kələm, yerkökü, bibər və pomidor töküb qarışdırın. Üzərinə soyuq su və ya yağsız ət suyu töküb ocağa qoyun. Qaynayan şorbaya zövqə görə sarımsaq, kari tozu, zəncəfil, dəfnə yarpağı və keşniş toxumu əlavə edə bilərsiniz. Daha sonra doğranmış kərəviz kökünü də əlavə edib ocağı zəiflədib 10 dəqiqə qaynadın. Zövqə görə üzərinə doğranmış cəfəri əlavə edib süfrəyə verə bilərsiniz. Bu şorbanı istədiyiniz vaxt istədiyiniz qədər yeyə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)