Bənzərsiz “Payız Valsı” Salatı

Bayram və ziyafət süfrələri üçün çox vaxt aparmayan ləziz salat hazırlaya bilərsiniz.  Evdar.az “Payız Valsı” salatının reseptini təqdim edir.

Bənzərsiz “Payız Valsı” Salatının tərkibi:

  • 3 ədəd pomidor
  • 350 qr krab çubuqları
  • 250 qr konservləşdirilmiş qarğıdalı
  • 300 qr bərk pendir
  • 3 xörək qaşığı mayonez
  • 2 xörək qaşığı xama
  • 90 qr suxari
  • 2-3 diş sarımsaq
  • 20 qr cəfəri
  • duz, istiot zövqə görə

Bənzərsiz “Payız Valsı” Salatının hazırlanma qaydası:

İlk öncə pomidorları yuyub orta ölçülü kub formasında doğrayın. Cəfərini doğrayıb pomidorların üzərinə əlavə edin. Bir qabda doğranmış pomidor, göyərti və sarımsaqəzəndən keçirilmiş sarımsaq əlavə edib qarışdırın. Bu qarışığı 10 dəqiqəlik kənara qoyun. Pendiri sürtgəcdən keçirin. Krab çubuqlarını da kub formasında doğrayın. Pomidor qarışığını süzgəcə töküb artıq suyunu süzün. Diametri 16-18 sm olan açılan formanı salatı hazırlayacağınız boşqaba yerləşdirin. İlk qata göyərti və pomidor qarışığını töküb yayın. Üzərinə duz səpin. Bir qabda xama və mayonezi qarışqırıb salata töküb yayın. Qarğıdalının da süzgəcdə suyunu süzün. Daha sonra salata 2-ci qat olaraq qarğıdalı dənələrini düzün. Üzərinə doğranmış krab çubuqlarını səpib mayonez yaxın. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpib mayonez yaxın. Salatı soyuducuya yerləşdirin. Süfrəyə verməzdən əvvəl açılan formanı çıxarıb üzərini suxari və göyərtiylə bəzəyin.
Nuş Olsun!
Servings: 1 yield(s)