Badımcan Saplağından Ləziz Şoraba
Azərbaycan mətbəxində xüsusi yeri olan badımcan həm faydalı, həm də ləziz tərəvəzdir. Faydaları məlum olmadığı üçün illərdir atılan badımcan saplağı isə inanılmaz xüsusiyyətlərə malikdir. Tərkibində A, B1, B2 və C vitaminləri olan badımcan saplağı hemoroid, dəri və saç sağlamlığı kimi problemləri aradan qaldırmağa və hətta immunitet sistemimizi gücləndirməyə kömək edə bilər. Saysız faydaları olan badımcan saplağından çox ləziz turşu hazırlaya bilərsiniz. Evdar.az badımcan saplağından hazırlanan turşunun reseptini təqdim edir.
Badımcan Saplağından Ləziz Şoraba
Şorabanın tərkibi:
- badımcan saplağı
- 4 ədəd qırmızı bolqar bibəri
- 1 ədəd acı bibər
- 3 baş sarımsaq
- 1 dəstə nanə
- 2 xörək qaşığı duz
- 1 stəkan su
- 1 xörək qaşığı şəkər tozu
- sirkə
Şorabanın hazırlanma qaydası:
Badımcan saplaqlarını ilk öncə yaxşıca yuyun. Bir qazanda su qaynadın. Qaynayan suya 1 xörək qaşığı duz əlavə edib qarışdırın. Badımcan saplaqlarını qaynayan duzlu suya töküb yumşalana qədər bişirin. Bir az yumşalan saplaqları süzgəcə qoyub artıq suyunu süzün. Soyuyan saplaqları yaxşıca sıxıb suyunu çıxarın. Qırmızı bolqar bibərinin tumlarını çıxarın, sarımsağı təmizləyin,nanə yarpaqlarını yuyun. Blenderin qabına bibər, nanə yarpağı və sarımsağı töküb xırdalayın. 3 kq-lıq balona suyu sıxılmış badımcan saplaqlarından bir qat yerləşdirin. Üzərinə hazırladığınız qarışıqdan bir az tökün. İkinci qat saplaqları və yenidən bibərli qarışıqdan töküb sıxaraq balona doldurun. Balona duz, şəkər tozu, su və balon dolana qədər sirkə töküb qapağını bağlayın. Turşunu hazırladığınız balonu çalxalayıb sərin yerdə saxlayın.
Ən dadlı şoraba reseptləri Ən Dadlı Kulinariya Saytında!
Nuş Olsun!