Balkan Mətbəxinin Əvəzsiz “Ajvar” Salatı

Ajvar-Balkan mətbəxinin şirin qırmızı bibərdən hazırlanmış tərəvəz qəlyanaltısıdır. Bu ləziz qəlyanaltı çox funksionladır. İstər çörəyin üzərinə yaxıb yeyə , istər ətlə süfrəyə verə bilərsiniz. Evdar.az ləziz qəlyanaltının reseptini təqdim edir.

Balkan Mətbəxinin Əvəzsiz Ajvar Salatının tərkibi:

  • 4 ədəd rəngli bibər
  • 1-2 ədəd badımcan
  • 1-2 diş sarımsaq
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı alma sirkəsi
  • duz, istiot, paprika tozu

Balkan Mətbəxinin Əvəzsiz Ajvar Salatıının hazırlanma qaydası:

İlk öncə tərəvəzləri ocağın üzərində və ya sobada közləyin. Daha sonra bir qaba yığıb üzərini strec salafanla bağlayın və 10-15 dəqiqə kənarda saxlayın. Közlənən tərəvəzlərin qabığını soyub 1-2 dəqiqəlik blenderdən keçirin. Üzərinə sarımsaq, zeytun yağı, sirkə və ədviyyatları vurub yenidən blenderdən keçirin. Blenderdən keçirtdikdən sonra qazana töküb vam odda bir az qatılaşana qədər bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)