Ballı “Panço” Tortu

Bir çox şirniyyat sevənlər ballı tortları xoşlayırlar. Ancaq bu tortun bir mənfi cəhəti korjlarının bir-bir yayılıb bişirilməsidir. Lakin ballı Panço tortu istisnadır. Xəmiri hazırlamaq və tortu dərin bir qabda toplamaq kifayətdir. Evdar.az ballı Panço tortunun reseptini təqdim edir.

Ballı "Panço" tortunun tərkibi:

Biskviti üçün:

  • 160 qr kərə yağı
  • 180 qr bal
  • 1,5 çay qaşığı soda
  • 4 ədəd yumurta
  • 130 qr şəkər tozu
  • 1 çay qaşığı vanil
  • çimdik duz
  • 250 qr un

Kremi üçün:

  • 600 qr 30 % yağlılığı xama
  • 400 ml 20-35 % yağlılığı qaymaq
  • 150 qr şəkər kirşanı

Ballı "Panço" tortunun hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün bir qazanda kərə yağının üzərinə balı əlavə edib orta istilikdə əridin. Üzərinə soda əlavə edib kəhrəba rəngi olana qədər dayanmadan qarışdırın. Ocaqdan götürüb soyuması üçün kənara qoyun. Başqa bir qabda yumurtanın üzərinə şəkər tozu və çimdik duz əlavə edib mikserlə yaxşıca çırpın. Soyuyan ballı kütləni az-az əlavə edib qarışdırmağa davam edin. Ələnmiş unu və vanili əlavə edib ehtiyyatla yuxarıdan aşağıya çevirərək taxta qaşıqla və ya spatulayla ehtiyyatla yumşaq bir şəkildə qarışdırın. Biskvit xəmirini yağlı kağız sərilmiş dördbücaqlı böyük ölçülü soba sinisinə  bərabər şəkildə yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 10-13 dəqiqə bişirin.
Kremi hazırlamaq üçün bir qabda soyuq qaymağı qatılaşana qədər mikserlə çırpın. Başqa bir qabda xamanı şəkər kirşanı ilə çırpın. Çırpılmış qaymaqla xamanı birləşdirin. Kremin kiçik bir hissəsini tortu üzərini örtmək üçün ayırın. Yarımkürə şəklində dərin bir qab götürün. Diametri 22 sm olan qabdan istifadə edərək dairə kəsin. Qabın içərisinə streç salafan sərin. Biskvitin digər hissəsini  kiçik kub formasında doğrayın. Tortun üzərinə səpmək üçün bir neçə biskvit qırıntığı saxlayın. Kub formasında doğradığınız biskvitlərin hər birini kremə batıraraq streç salafan sərdiyiniz qaba yığın. Üstünə dairəvi biskvit bazasını qoyun. Daha sonra üzərini streç salafanla örtüb 4-5 saatlıq və ya bir gecə soyuducuda saxlayın. Tortu soyuducudan çıxarıb uyğun bir qaba çevirin. Qabı və streç salafanı çıxarın. Bütün tortu kremlə örtün, biskvit qırıntıları səpib giləmeyvə ilə bəzəyin.
Nuş Olsun!
Servings: 1 yield(s)