Balqabaq Dadı Və Qoxusu Olmayan Balqabaqlı Mərmər Keks

Balqabaq mövsümündə balqabaqdan keks bişirə bilərsiniz. İnanılmaz dərəcədə zərif, ağızda əriyən balqabaqlı mərmər keksin xarakterik balqabaq dadı və qoxusu yoxdur. Belə bir keks hər hansı bir çay süfrəsinin sevimlisinə çevriləcəkdir. Evdar.az balqabaqlı mərmər keksin reseptini təqdim edir. Tərkibi: Balqabaqlı qat üçün:
  • 2 ədəd yumurta
  • 150 qr şəkər tozu
  • 10 qr vanil
  • 100 ml bitki yağı
  • 300 qr balqabaq püresi
  • 2 xörək qaşığı limon qabığı rəndəsi
  • 250 qr un
  • 10 qr qabartma tozu
  • bir çimdik duz
Şokoladlı qat üçün:
  • 2 ədəd yumurta
  • 150 qr şəkər tozu
  • 10 qram vanil
  • 100 ml bitki yağı
  • 250 ml kefir
  • 200 qr un
  • 50 qr kakao
  • 10 qr qabartma tozu
Hazırlanma qaydası: Balqabaqlı xəmiri hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu və vanili yaxşıca çırpın. Bitki yağı, limon qabığı, balqabaq püresi əlavə edib qarışdırın. Qeyd: balqabağı sürtgəcdən keçirib, blenderlə pürə halına gətirin. Balqabaqlı kütlənin üzərinə un və qabartma tozu əlavə edib yaxşıca qarışıdrın. Şokoladlı xəmiri hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu və vanili yaxşıca çırpın. Üzərinə bitki yağı və kefir əlavə edib qarışdırın. Bir qabda una kakao, qabartma tozu əlavə edib qarışdırın. Kefir kütləsini quru qarışıqla birləşdirib yaxşıca qarışdırın. Diamteri 22 sm olan kənarları açılan formanı kərə yağıyla yağlayıb unlayın. Balqabaqlı və şokoladlı xəmirdən qaşıq-qaşıq üst-üstə töküb formanı doldurun. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 1 saat 30 dəqiqəlik bişirin. Keksin bişməyini uzun çöp şişlə yoxlaya bilərsiniz. Bişən keksi soyudun və üzərini zövqə görə qlazur yaxıb və ya şəkər kirşanı səpə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)