“Bu Gün Nə Bişirim?”Deyənlər Üçün Bol Vitaminli Menyu

Hər gün yemək hazırlamaqdan çox, "bu gün hansı yeməyi bişirim? deyə fikirləşirsiniz. Bu problemi sizin üçün həll etdik. Evdar.az şorbadan desertə qədər bol vitaminli gündəlik menyunu təqdim edir. Dəri xəstəliklərinə faydalı olan, maddələr mübadiləsinin tənzimlənməsini təmin edən, sümüklərin inkişafında təsirli olan vitamin insan orqanizmi üçün vacib ehtiyaclardan biridir. Bugünki yemək menyusunda vitaminlərlə dolu reseptlər topladıq.

Menyu:

Dana əti, noxud və yaşıl mərciməklə hazırlanan qızıl şorba, vitamin baxımından olduqca zəngindir. Tərkibində zülal, dəmir, fosfor və maqnezium mineralları da olan bu şorba immuniteti gücləndirdiyi üçün ayda iki dəfə bişirilməsi məsləhətdir.

Tərkibi:

  • 1 litr ət suyu
  • 100 qr dana əti
  • 100 qr noxud
  • 90 qr yaşıl mərcimək
  • 40 qr bulqur
  • 40 qr kərə yağı
  • 40 qr günəbaxan yağı
  • yarım xörək qaşığı un
  • 1 çay qaşığı bibər tomatı
  • yarım soğan
  • yarım pomidor
  • 1 ədəd yaşıl şirin bibər
  • duz

Hazırlanma qaydası:

Noxud və mərciməyi axşamdan isladın.  Noxudu 1 gecə islatmadan ən tez bişirməyin yolunu bu məqaləmizdən oxuya bilərsiniz. İslatdığınız noxud və mərciməyi ayrı qablarda bişirin və kənara qoyun. Bir qazanda ət suyunu kərə yağının yarısıyla qaynadıb süzün. Başqa bir qazanda günəbaxan yağı və qalan kərəyağını əlavə edib qızdırın. Kiçik doğranmış dana ətlərini əlavə edib qovurun. Xırda doğranmış bibər və soğanı, qaynadılmış mərciməyi, un, bibər tomatı və xırda doğranmış pomidoru ardıcıllıqla əlavə edib qovurun. Qaynayan ət suyunu  da qarışdıraraq əlavə edin. Duz, bişmiş noxud və bulquru əlavə edib  7-8 dəqiqə qaynadıb bişirin. Bişən qızıl şorbanı isti halda süfrəyə verin.

Həm Ləzzətli, Həm də Faydalı Narlı Salat

Nar ləzzətindən əlavə lif, zülal, C vitamini, K vitamini, folat və kaliumla zəngin bir meyvədir. Antioksidant tərkibi yüksək olan bu meyvənin sağlamlığımıza təsirləri olduqca çoxdur.

Tərkibi:

  • 3-4 yarpaq kahı
  • 1 dəstə rukola və ya roka
  • 3-4 budaq təzə nanə
  • 3-4 ədəd yaşıl soğan
  • dənələnmiş yarım nar
  • 7-8 ədəd qoz ləpəsi
  • 2 xörək qaşığı nar siropu
  • 1 xörək qaşığı limon suyu
  • yarım stəkan zeytun yağı
  • duz, sitiot

Hazırlanma qaydası:

Rukola, kahı yarpağı və nanəni bol suda yuduqdan sonra iri halda doğrayıb salat qabına tökün. Yaşıl soğanı da doğrayıb əlavə edin. Üzərinə nar dənələrini və qoz ləpəsini səpin. Sousunu hazırlamaq üçün bir qaba zeytun yağı, nar siropu, limon suyu, duz və istiotu töküb yaxşıca çırpın. Salatın üzərinə sousu bərabər miqdarda töküb süfrəyə verin.

C Vitamini İlə Zəngin Portağal-Kivi Limonadı

Bu limonad yalnız qeyri-adi bir ləzzətə deyil, həm də çox iştahaaçan bir görünüşə malikdir. Bundan əlavə, bu limonad C vitamini ilə zəngin olduğundan çox faydalıdır.

Tərkibi:

  • 4-5 ədəd kivi
  • 1 ədəd alma
  • 2 ədəd portağal
  • 2 ədəd limon
  • 1 dəstə nanə
  • 2 lirt su
  • 6 xörək qaşığı şəkər tozu

Hazırlanma qaydası:

Bütün meyvələri soyun və kiçik parçalara ayırın. Limon və portağalın suyunu bir qazana sıxın, soyulmuş meyvələri də əlavə edin. Üzərinə su töküb ocağa qoyun. Nanə yarpaqları da əlavə edib qaynadın. Qaynamağa başladıqda 5 dəqiqə qaynadıb ocaqdan götürün. Mayeni süzün və yenidən ocağın üstünə qoyun. Şəkər tozu əlavə edin və həll olunana qədər qaynadın. Qazanı ocaqdan götürüb soyudun. Limonadı stəkana töküb portağal, limon və kivi dilimləri ilə süfrəyə verə bilərsiniz. Zövqə görə buz əlavə edə bilərsiniz.

Faydalı Xurmadan Ətirli Keks

Servings: 1 yield(s)