Çay Süfrəsi Üçün Heyvalı Alman Piroqu

Qonaqlarınıza çay süfrəsinə ləzzətli heyvalı piroq hazırlaya bilərsiniz. Evdar.az heyvalı alman piroqunun reseptini təqdim edir.

Çay Süfrəsi Üçün Heyvalı Alman Piroqunun tərkibi:

  • 4 ədəd yumurta
  • 145 qr şəkər tozu
  • 90 qr süd
  • 90 qr maye yağ
  • 15 qr qabartma tozu
  • 195 qr un
  • 100 qr xırdalanmış fındıq ləpəsi

Üzəri üçün:

  • 2 ədəd heyva
  • 40 qr şəkər tozu

Çay Süfrəsi Üçün Heyvalı Alman Piroqun hazırlanma qaydası:

İlk öncə heyvaları dilim formasında doğrayın. Tavaya doğradığınız heyvaları töküb üzərinə şəkər tozu əlavə edib ocağa qoyun. Çox bişməyəcək şəkildə yüngül qızardın. Dairəvi bir qəlibə yağlı kağız sərin. Bişmiş heyvaları yağlı kağız sərilmiş qəlibə düzüb soyuması üçün kənara qoyun. Keksin xəmirini hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə süd və maye yağı əlavə edib çırpmağa davam edin.  Ələnmiş un və qabartma tozunu da xəmirə əlavə edib qarışdırın. Ən sonda xırdalanmış fındıq ləpəsi əlavə edib qarışdırın və xəmiri heyvaların üzərinə töküb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin. Sobadan çıxan kimi onu tərs çevirin və yağlı kağızı yumşaq bir şəkildə çıxarın. Soyuduqdan sonra istəyə görə meyvə və giləmeyvələrlə bəzəyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)