İlk öncə dərin bir qazanda kərə yağını əridin. Kərə yağı əridikdən sonra unu əlavə edin. Dayanmadan qarışdıraraq unun qoxusu çıxana qədər qovurun. Unun rəngi dəyişdikdən sonra istiliyi azaldın və yavaş-yavaş südü qazana əlavə edin. Daha sonra şəkər tozunu və yumurta sarısını əlavə edib tel çırpıcıyla yaxşıca qarışdıraraq qatılaşanadək bişirin. Ən sonda vanili əlavə edib qarışdırın. Pudinq konsistensiyasına gəldikdə ocaqdan götürüb isti halda borcama və ya soba qəlibinə tökün. Pudinqi yaydıqdan sonra əvvəlcədən 190 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə üzəri qızarana qədər bişirin. Süd halvasını sobadan çıxarın və zövqə görə isti halda süfrəyə verə bilərsiniz və ya otaq istiliyinə çatdıqdan sonra soyuducuda soyutduqdan sonra yeyə bilərsiniz. Süd halvasını süfrəyə verdikdə üzərinə xırdalanmış qoz ləpəsi və ya fındıq ləpəsi səpə bilərsiniz.