Çiy Tərəvəzlərdən Hazırlanan Soyuq “Qaspaço” Şorbası

Qaspaço, İspaniyanın cənub bölgəsində kəşf edilmiş, çiy tərəvəzlərdən hazırlanan soyuq şorba növüdür.  Evdar.az isti günlərdə sərinlənmək üçün dadlı şorba reseptini təqdim edir.

Çiy Tərəvəzlərdən Hazırlanan Soyuq "Qaspaço" Şorbasının tərkibi:

  • 1 ədəd qırmızı şirin bibər
  • 1 ədəd qırmızı soğan
  • kiçik kərəviz sapı
  • 1 ədəd xiyar
  • 2-3 ədəd qabığı soyulmuş pomidor
  • 600 qr pomidor suyu
  • bir neçə budaq keşniş
  • duz
  • qırmızı bibər tozu
  • zeytun yağı
  • yarım xörək qaşığı balzamik sous

Çiy Tərəvəzlərdən Hazırlanan Soyuq "Qaspaço" Şorbasının hazırlanma qaydası:

İlk öncə pomidorun qabığını soyun. Pomidor qabığını ən asan soyulma qaydasını bu məqaləyə daxil olaraq oxuya bilərsiniz. Blenderin qabına qabığı soyulmuş pomidor, şirin qırmızı bibər, qırmızı soğan, kiçik kərəviz sapı, qabığı soyulmuş xiyar, bir neçə budaq keşniş, duz, qırmızı bibər tozu, zeytun yağı, balzamik sous və pomidor suyu töküb yaxşıca qarışdırın. Bir neçə dəqiqəyə hazır olan şorbanı kasaya töküb üzərini keşnişlə bəzəyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)