Çay süfrəsinə qonaqları həm dadıyla, həm də görünüşüylə heyrətləndirəcəyiniz çox ləziz desert hazırlaya bilərsiniz.
Evdar.az qaymaqlı kremlə, şokoladlı sousla blinçik ruletinin reseptini təqdim edir.
Dadı və Görünüşüylə Yeyənləri Heyrətləndirən Desert
Blinçik Ruletinin tərkibi:
Blinçik xəmiri üçün:
- 70 qr tünd şokolad
- 70 qr qaymaq
- 4 ədəd yumurta
- 30 qr şəkər tozu
- 10 qr kakao
- 100 qr keks unu
- 300 ml süd
- 30 qr əridilmiş kərə yağı
Şokoladlı krem üçün:
- 250 qr qaymaq
- 70 qr şəkər tozu
Şokoladlı sous üçün:
- 100 qr tünd şokolad
- 30 qr kokos yağı
- xırdalanmış yer fındığı (araxis)
Blinçik Ruletinin hazırlanma qaydası:
Şokoladlı sousu hazırlamaq üçün bir qaba şokolad və qaymağı töküb əriyənə qədər qarışdıraraq vam odda qızdırın. Ocaqdan götürüb başqa bir qaba köçürün. Sousu soyuması üçün soyuducuya yerləşdirin.