Dadlı, Rəngli Yerkökülü Plov

Heç yerkökü və düyünü birlikdə sınamısınız? Toyuq yeməkləri ilə yanaşı süfrəyə doyurucu və dadlı yerkökü plovu da verə bilərsiniz. Evdar.az rəngli plovlardan biri yerkökülü plovun reseptini təqdim edir.

Dadlı, Rəngli Yerkökülü Plovun tərkibi:

  • 2 stəkan baldo düyü
  • 3 stəkan qaynar su
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı limon suyu
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı kərə yağı
  • 1 ədəd böyük ölçülü yerkökü
  • 1 çay qaşığı rəndələnmiş limon qabığı

Dadlı, Rəngli Yerkökülü Plovun hazırlanma qaydası:

Bir qabda düyünü duz və bir neçə damcı limon suyu ilə isti suda soyuyana qədər isladın. Daha sonra bol su ilə yuyub suyunu süzün. Zeytun yağını tavada qızdırın. 1 ədəd sürtgəcdən keçirilmiş yerkökünü daim qarışdıraraq 5 dəqiqə qovurun. Yuyulmuş və süzülmüş düyünü də əlavə edib 5 dəqiqə daha qovurun. Qaynar suyu və duzu əlavə edin. Bir buğum qaynadıqdan sonra ocağı azaldın. Su buxarlanana qədər düyünü bişirin. Bişən düyünü ocaqdan götürüb, 1 çay qaşığı xırda doğranmış soyuq kərə yağı və yarım limonun rəndələnmiş qabığını əlavə edin. Qazanın qapağını bağlayıb 5 dəqiqə dəmə qoyun.
Nuş Olsun!
Servings: 1 yield(s)